“Ancaq axmaq adam Ermənistana investisiya qoya bilər”
ABŞ-ın Ermənistandakı səfiri Riçard Milsin "Jamanak” qazetinə müsahibəsi rəsmi İrəvanda narahatlıq doğurub.
Sfera.az erməni mətbuatına istinadən xəbər verir ki, səfir korrupsiyanın miqyasından danışıb. O bildirib ki, korrupsiya Qərbdə də var. Ancaq Ermənistandakı kimi sistemli xarakter daşımır və ona hakimiyyətin yuxarı eşalonları bulaşmayıb.
Səfir qeyd edib ki, bu problem həll olunmasa iki ölkə arasında müəyyən məsələlər həll olunmayacaq. Məsələn, investisiya qoyuluşu.ABŞ rəsmiləri əvvəllər də Ermənistanda korrupsiyanın olduğunu, insan haqlarının pozulduğunu dilə gətirmişdilər. Ancaq bu dəfə Sərkisyan hökuməti bunu narahatlıqla qarşılayıb.
Səfirin müsahibəsini şərh edən hakim partiyadan parlament fraksiyasının üzvü Baqram Baqdasaryan "Milsə minnətdaram ki, ölkəmiz haqda düşünür.Ancaq onun öz ölkəsi korrupsiyanı azaltmaqla bizə nümunə olmalıdır.” deyib.
Armenianreport saytı isə yazır ki, səfir haqldır. Sərkisyan və komandası ölkəni manopoliyaya alıb:
" Onlar eləı bilir ki, amerikalılar Fransadan gələn erməni biznesmen Valeri-Aşxen-Qorsunyanın başına açılan oyundan xəbərsizdirlər.Biznesmen xanım ölkəyə investisiya yatırdı. Abovyan küçəsində Paris kofesinin ətri yayıldı.Sonra isə o başını götürüb qaçdı. Dedi ki, bu cür sistemləşmiş korrupsiya şəraitində ancaq axmaq adam investisiya qoya bilər.”İlqar






