Logo

Tevos Arşakyan: “Sidorovun dünənki çıxışı Ermənistanın sifətinə növbəti tüpürcək idi”

Tevos Arşakyan: “Sidorovun dünənki çıxışı Ermənistanın sifətinə növbəti tüpürcək idi”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

KTMT-nin birləşmiş qərargahının rəisi Anatoli Sidorovun dünənki çıxışı erməniləri qəzəbləndirib.

Sfera.az xəbər verir ki, general-polkovnikin "Dağlıq Qarabağ KTMT üzvü deyil, müharibə başlayacağı təqdirdə təşkilat tərəfindən heç bir dəstək olmayacaq” deməsi düşməni əndişələndirir.

"KTMT üzvü olan ölkələr üçün başlıca hərbi təhdidlər” mövzusunda keçirilən telekörpü zamanı general bildirib ki, KTMT kollektiv müdafiə barədə müqaviləni Ermənistanla bağlayıb:

"Ermənistan vətəndaşları əmin olmalıdırlar ki, lazım olan zamanda KTMT onları darda qoymayacaq”.

Ancaq ermənilər artıq buna inanmır. "ArmenianReport” saytının yazarı Tevos Arşakyan yazır ki, əvvəllər Moskvaya ümid vardı:

"O vaxt sadəlövhcəsinə hesab edirdi ki, Azərbaycan hücum etsə, KTMT bizi kömək edəcək. 2016-cı ilin aprelində bu illuziya dağıldı.

Ruslar üçün biz yalnız Türkiyə və Azərbaycana təzyiq vasitəsi kimi lazımıq. Müharibə başlasa, ancaq özümüzə ümid etməliyik. Sidorovun dünənki çıxışı isə Ermənistanın sifətinə növbəti tüpürcəkdi. Görünür Moskvada hesab edirlər ki, hələ erməniləri sona kimi alçaltmayıblar”.

İlqar

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR