Yollarda sürüşmə təhlükəsi var - DYP-dən XƏBƏRDARLIQ
"Yollarda sürüşmə ehtimalı var. Baş verə biləcək qəzaların qarşısını almaq üçün əməkdaşlarımız tərəfindən sürücülərə məsləhətlər verilir ki, ara məsafələr saxlanılsın. Bəzi ərazilərdə nəqliyat sıxlığının yaşanmasının əsas səbəbi küçə və yollarda kommunal sistemlərin yenidən çəkilməsi ilə əlaqədardır. Koroğlu metrostansiyasından Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə sıxlıq yaşanır ki, bu da yeraltı tunelin çəkilməsi ilə əlaqədardır. Nərimanov rayonu ərazisində də yenidənqurma işlərinin aparılması müəyyən qədər tıxaclara səbəb olur”.
Bu sözləri Sfera.az-a açqlamasnda Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
V.Əsədov bu saata olan maddi zərərlə nəticələnən qəzalar haqda da məlumat verib:
"Hələlik əlimizdə olan məlumata görə maddi zərərlə nəticələnən 3 yol nəqliyyat hadisəsi baş verib. Əsas səbəb isə yol və metroloji şəraitin sürücülər tərəfindən düzgün qiymətləndirilməməsidir. Qəflətən əyləc sistemindən istifadə edərkən ara məsafəylə bağlı təhlükə yaranır ki, bu zaman da əyləci çəkdikdə, sürüşmə baş verir”.
Nigar Məhərrəm
Sfera.az






