Logo

Fazil Mustafadan sərt tənqid: "Molla Xəlil kimyagər"lər dövrünə qayıdırıq..."

Fazil Mustafadan sərt tənqid: "Molla Xəlil kimyagər"lər dövrünə qayıdırıq..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Məclisin deputatı Fazil Mustafa Parlamentin bu gün keçirilən plenar iclasında İctimai Televiziyanın efirində ziyarətgahların təbliğ olunmasını kəskin formada tənqid edib.

Sfera.az bildirir ki, deputat İctimai Televiziyanın efirində ziyarətgahların və digər pirlərin təmiri ilə bağlı gedən veriliş haqqında bunları deyib:

"Ziyarətgahlarda təmir işlərinin aparılması müsbət haldır. Mən bunu təqdir edirəm. Lakin verilişdə təmir işlərini belə başqa kontekstdə təqdim etməyə çalışırdılar. Guya ki, insanlar bu ziyarətgahlara gedib nəzir verməlidirlər və oranı təbliğ etməlidirlər. Axı bu nə deməkdir? Heç Sovet dövründə də bu qədər nadanlıq, cahillik təbliğ olunmurdu. Bunu İctimai TV-nin efirində etmək daha zərərlidir. Az qalır ki, desinlər hər universitetin həyətində ziyarətgah açmaq lazımdır. Müasir dövrdə "Molla Xəlil kimyagər"lər dövrünə qayıdırıqsa, hansı inkişafdan danışa bilərik? Bu gün biz elmdən, onun təbliğindən danışmalıyıq. Ona görə televiziyaların bu işini kəskin şəkildə qınayıram”.

Orxan Bəşirov

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR