Logo

Azərbaycanda balıq təhlükəsi – HƏR KƏS BU FOTODAN DANIŞIR

Azərbaycanda balıq təhlükəsi – HƏR KƏS BU FOTODAN DANIŞIR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu günlərdə müxtəlif sosial şəbəkələr vasitəsilə yayılan balıq fotosu hər kəsdə vahimə yaradıb.

Sfera.az xəbər verir ki, sosial şəbəkələr üzərindən yayılan fotoya içində mirvari və yumurta olan balıqların xərçəng xəstəsi olduğu ilə bağlı məlumat qeyd olunub. Hələlik, yayılan bu foto ilə əlaqədar olaraq rəsmi qurumlar heç bir açıqlama verməyib.

İnsanları təlaşlandıran bu məsələyə aydınlıq gətirmək üçün qida məsələləri üzrə ekspert Sədaqət Zeynalova ilə əlaqə saxladıq.

S.Zeynalova Sfera.az-a açıqlamasında bildirdi ki, dəfələrlə bu cür hallarla qarşılaşıb:

"Kiminsə nəfsi çəkmirsə, nəyəsə görə narahatdırsa, yeməməlidir. Bu cür balıqları yoxlamaq üçün mütləq onlar analiz edilməlidir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə 20 ildir ki, bu cür hallarla qarşılaşdığını söyləyib:

"Balıqların içindən bu cür yumru dənəciklər çıxır. Lakin bu balıqların xərçəng xəstəsi ilə olması ilə bağlı heç bir dəqiq informasiya yoxdur. Sadəcə onu deyə bilərəm ki, Vyetnamdan gətirilən balıqlar təhlükəlidir. Onlar çirkli göllərdən yığılır”.

Nigar Məhərrəm

Sfera.az

Azərbaycanda balıq təhlükəsi – HƏR KƏS BU FOTODAN DANIŞIR

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR