Səhiyyə müəssisələrindəki ən böyük yanğınlar - SİYAHI
Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.
Saat 08.30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib. Beləliklə, yanğında ölənlərin sayı 25-ə çatıb.
Sfera.az xəbər verir ki, anoloji faciələr başqa ölkələrdə də baş verir.
2018-ci il
2018-ci ilin 26 yanvar tarixində Cənubi Koreyanın Miran şəhərində yerləşən Sejong xəstəxanasında səhər saatlarında yanğın baş verir. Hadisə nəticəsində 39 nəfər həlak olur, 153 nəfər müxtəlif dərəcəli yanıq xəsarətlər alır.
Yanğın səhər saat 07:35-də xəstəxananın birinci mərtəbəsindən başlayıb. Həmin an xəstəxanada 100 dən çox xəstə və xəstəxananın nəznində fəaliyyət göstərən qocalar evində isə 94 nəfər ahıl olub. Hadisə şahidi kimi ifadə vermiş iki tibb bacısı, xəstələrin təcili olaraq qəbul edildiyi otağın qarşısında partlayışın baş verdiyini və partlayış səsindən dərhal sonra xəstəxananın evakuasiya edilməsinə başlandığını bildirib.
Evakuasiya cəhdlərinə baxmayaraq, qatı duman qısa zamanda xəstəxananın bütün mərtəbələrini bürümüşdü. Yanğın söndürənlər qatı dumana qarşı apardıqları mübarizədə, xəstəxana daxilində qalmış bir çox xəstənin də həyatını xilas etməyi bacarmışdı.
Yerli vaxtla saat 09:30-da yanğın tamamilə nəzarət altına alındı. Hadisə nəticəsində 39 nəfər həlak olmuş, 153 nəfər yaralanmışdı. Həlak olan 39 nəfərdən bir nəfəri həkim, bir nəfəri tibb bacısı, bir nəfəri isə həkim köməkçisi idi.
2016-cı il
7 dekabrda Hindistanın Orissa ştatındakı xəstəxanada güclü yanğın baş verdi. 24 nəfərin həlak olması, 100 –dən çox adamın xəsarət alması ilə nəticələnən yanğın xəstəxananın dialez şöbəsində başlamışdı.
Elə həmin ilin 10 avqustunda İraqın Bağdad şəhərində, Yarmuk xəstəxanasının doğum şöbəsindəki yanğın 13 yenicə doğulmuş körpənin həyatına son qoydu.
2015-ci il
24 dekabrda Səudiyyə Ərəbistanının Cizan şəhər xəstəxanasında yanğın baş verdi. 25 nəfər öldü, 107 nəfər yaralandı. Ölənlərin əksəriyyəti zəhərli tüstüdən boğuldu.
4 tibb bacısı isə yanğında yol tapmayaraq özlərini pəncərədən ataraq həlak oldular.
13 dekabrda isə Rusiyanın Varonej vilayətinin Alferovka kəndində yerləşən nevroloji dispanserdə yanğın oldu.
Yanğında 23 nəfər öldü, 23-ü isə yaralandı.
2014-cü il
28 may tarixində Cənubi Koreyanın Çanson şəhərindəki 3 mərtəbəli Səhiyyə Mərkəzində yanğın baş verdi. 20 nəfər həlak oldu. Bunların əksəriyyəti ahıl yaşlı ağır xəstələr idi.
27 apreldə isə Rusiyanın Altay vilayətindəki özəl narkodispanserlərindən birindəki yanğın 6 nəfərin həyatına son qoydu.
2013-cü il
Yaponiyanın Fukuoka şəhərində yerləşən ortepedik xəstəxanada başlayan yanğında 10 insan - 8 xəstə və 2 həkim həlak oldu. Hadisə 11 oktyabrda baş vermişdi.
İlqar Atabəyli






