Logo

Rəsmi Ankara Azərbaycana başsağlığı verdi – EKSKLÜZİV

Rəsmi Ankara Azərbaycana başsağlığı verdi – EKSKLÜZİV
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) martın 2-də Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində baş verən yanğınla əlaqədar Azərbaycana başsağlığı verib.

Bu barədə Türkiyə XİN-nin mətbuat katibi Hami Aksoy Sfera.az-a eksklüziv müsahibəsində bildirib.

XİN rəsmisi deyib ki, rəsmi Ankara sözügedən hadisə ilə əlaqədar yaxın saatlarda Azərbaycan tərəfinə başsağlığı məktubunu çatdıracaq:

Rəsmi Ankara Azərbaycana başsağlığı verdi – EKSKLÜZİV

"Türkiyə dövləti olaraq bu hadisədən çox məyus olmuşuq. Fürsətdən istifadə edib, yanğın nəticəsində dünyasını dəyişən insanların yaxınlarına, Azərbaycan xalqına və dövlətinə dərin hüzünlə başsağlığı diləklərimizi çatdırıram. Bir neçə saatdan sonra Azərbaycan tərəfinə başsağlığı müraciəti Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində də yerləşdiriləcək”.

Hami Aksoy yanğın zamanı yaralanan şəxslərin tez bir zamanda ayağa qalxmasını arzuladığını söyləyib.

Orxan Bəşirov

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR