Logo

10-dan çox erməni öldürmüş hərbçi: "Sinəmdən girən güllə qabırğamdan çıxdı"

10-dan çox erməni öldürmüş hərbçi: "Sinəmdən girən güllə qabırğamdan çıxdı"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xocalı qətliamına şahid olanlar hələ də yaşadıqları dəhşəti unuda bilmirlər. Hadisələrin canlı şahidi olan hərbçi Firidun Əliyev Sfera.az-a o gün baş verənlərdən danışıb.

Əliyev Firidun İsa oğlu 1958-ci ildə Xocalıda dünyaya gəlib. O, Xocalıda 3-cü özünümüdafiə diviziyasında olub. Firidun bəy qardaşını bu qətliam zamanı itirib.

Baş verənləri nəql edərkən səsindəki titrəyişlər onun keçirdiyi hissləri biruzə verirdi. Xocalı hadisələrinin canlı şahidi olmaq, o ağrılı acılı hadisələri öz gözü ilə görmək, öz əlləri ilə erməni dığası öldürmək hər kəsin taleyinə yazılan adi bir hadisə deyil. Firidun bəy gözünü belə qırpmadan öz canını təhlükəyə atıb. O, ilk dəfə 1988-ci ildə olmaqla, ümumilikdə Xocalı hadisələrində 2 dəfə yaralanıb.

O, döyüşlər zamanı çənəsinin qırılmasını belə nəql edir:

"Mən həyatımda heç vaxt belə bir hiss yaşamamışdım. Əslində belə bir hadisənin olacağı əvvəlcədən bilinirdi. 1988-ci il 18 sentyabrda ermənilər Xocalıya hücum edib. 20 mindən artıq erməni axın etdi və 40-a yaxın itki verib geri qayıtdılar. Hücum zamanı sapand ilə daş atırdılar. İlk dəfə elə orda yaralandım. Çənəm qırıldı və Əsgəran xəstəxanası bağlı olduğuna görə məni Ağdam xəstəxanasına apardılar. Onlar elə düşünürdü ki, bizdə çox güclü silahlar var.  Əslində isə bizdə 4 nəfərə bir avtomat düşürdü".

Firidun bəyi ikinci dəfə yaralayan isə düşmən gülləsi olub:

"Xocalı son vaxtlar çox acı çəkirdi, çünki çoxlu yaralı və şəhid verirdi. Fevralın 19-u gecə radələrində yaralandım. Sinəmdən girən güllə qabırğamdan çıxdı. Allahın köməyi ilə sağ qaldım. Fevralın 26-sı yenidən geri döndüm. Döyüş zamanı 4 sutka meşədə qaldım. Sağ çıxmaq qismət oldu. Təəssüf ki, həmin gecə döyüşçülərdən çox körpələr, yaşlılar, qocalar, qadınlar həlak oldu".

Xocalı üçün ədalət istəyən Firidun Əliyev qoca olmasına baxmayaraq, hələ də ermənilərdən heyif çıxmağa hazır olduğunu bildirib:

"Hazırda 60 yaşım olmağına baxmayaraq, canla-başla döyüşməyə hazıram. Ermənilərdən öz qanımı almağa hazıram. Vaxtilə almışam da”.

Firidun Əliyev erməni dəstəsini dağıtmasından və 10-dan çox erməni öldürməsindən də danışıb:

"Danışdıqca o gecəni xatırlayıram, istər istəməz kövrəlirəm. Həmin səhnələr gözümün qabağına gəlir. Bozdağ əməliyyatında iştirak etmişəm. Bu əməliyyat Xocalının İcra başçısı Elman müəllimin tapşırığı ilə keçirilirdi. Biz erməni tərəfində qurulmuş və Xocalıya atəş edən qurğuları məhv etmək üçün Bozdağ əməliyyatı keçirdik. Amma təəssüf ki, biz o qurğuları orda tapa bilmədik. Deməli, Bozdağ əməliyyatdında bir "UAZ” markalı avtomobilin içi dolu ermənini məhv etmişəm. "UAZ” işıqsız gəldiyi üçün heç kim görmürmüş. Yarım metr qalmış yerə uzanıb avtomobili buraxdım və arxadan "UAZ”-ın içinə qalxdım və hamısını öldürdüm". döşünə apardı. Ermənilər məhv edildi mən təkcə orda 10-dan çox erməni öldürdüm”.

Nihat HÜSEYNZADƏ

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR