Türkiyə səfiri: "Xocalıya görə mütləq hesab verməlidirlər"
Kateqoriya məlum deyil
"Biz hər zaman Xocalı üçün ədalət istəməyə davam edəcəyik".
Sfera.az bildirir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Bu gün Xocalı dəhşətinin 26-cı ildönümünün qeyd edildiyini vurğulayan səfir bildirib ki, Xocalı faciəsinə görə məsuliyyət daşıyan hər kəsin ədalət məhkəməsində hesab verməsinin vaxtı artıq çoxdan yetişib: "Onlar indi özlərini qəhrəman kimi aparır, amma mütləq hesab verməlidirlər".
Səfir faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.(APA)






