Logo

Siyavuş Novruzov: Azərbaycanda siyasi məhbus yoxdur

Siyavuş Novruzov: Azərbaycanda siyasi məhbus yoxdur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bəzi media orqanları yalnış məlumat yayırlar ki, guya Azərbaycanda siyasi məhbus var. Mən bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur".

Sfera.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Parlamentin komitə sədri, deputat Siyavuş Novruzov bildirib.

S.Novruzov deyib ki, Azərbaycanda heç bir şəxs siyasi baxışına görə məsuliyyətə cəlb olunmayıb:

"Yeni Azərbaycan Partiyasının siyasəti də bundan ibarətdir. YAP iqtidara gəldiyi dövrdən belə bir proses olmayıb və hər bir şəxs törətdiyi cinayətə uyğun məsuliyyətə cəlb olunub. İstər YAP üzvü olsun, istər digər partiya üzvü olsun, bu onu törətdiyi əməldən sığortalamır".

Məsələyə münasibət bildirən spiker Oqtay Əsədov da qeyd edib ki, son dövrlər bəzi mətbuat orqanlarında siyasi məhbus məsələləri ilə bağlı təhriflər olunur.

Aydan Lətifova

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR