Logo

Niyə Azərbaycanın ikinci milyonluq şəhəri yoxdur? – AÇIQLAMA

Niyə Azərbaycanın ikinci milyonluq şəhəri yoxdur? – AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"2018-ci il yanvarın 1-nə əsasən, ölkə əhalisinin sayı 10 milyon nəfərə yaxın olub, əhalinin təxminən 23 faizi Bakıda yaşayır. Bakıda olan əhalinin statistik göstəricisi real deyil, ancaq rəsmi qeydiyyatda olanları Bakı sakini kimi qeyd edirlər, başqa regionlarda qeydiyyatda olub Bakıda yaşayanların sayı, az qala elə rəsmi qeydiyyatda olanlar qədərdir. 2013-ci il prezident, 2015-ci ildə parlament seçkilərində imzatoplama zamanı gördük ki, regionlarda qeydiyyatda olan insanların sayı daha çoxdur”.

Sfera.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Niyə Azərbaycanın ikinci milyonluq şəhəri yoxdur? – AÇIQLAMA

İqtisadçı qeyd edib ki, son illərdə Bakının "yükü” artıb, bunun da obyektiv səbəbləri var: Əsas səbəb odur ki, iqtisadi aktivlik əsasən Bakı və Abşeron rayonunda cəmləşib:

"Əgər ölkə iqtisadiyyatının formalaşmasının 90-92 faizi bu bölgələrə təsadüf edirsə, Bakı büdcənin formalaşmasında azı 95 faiz iştirak edirsə, təbii ki, əhali burada cəmləşəcək. Bu da disbalans yaradır. Təəssüf ki, iqtisadi gücün ölkə boyu yayılması mümkün olmadı. Azərbaycan kimi ölkənin indi ikinci milyonluq şəhəri olmalı idi. Məsələn, Gəncənin, Şəkinin, Lənkəranın milyonluq şəhər olması üçün potensialı var, lakin bu baş vermədi. Əksinə, Bakı və Sumqayıt az qala birləşdi, çox böyük "meqapolis” yarandı.

Bakının "yükünün” azaldılmasının müxtəlif yolları var. Əsas yollardan biri budur ki, Bakıdan kənarda, ölkənin müxtəlif şəhərlərində böyük xarici universitetlərin nümayəndəlikləri açıla bilər. Bu həm də iqtisadiyyat yaradan bir addım olardı. Həmçinin əhalinin həmin bölgələrdə qalmasına səbəb olardı. İkinci bir inzibati addım ondan ibarət olardı ki, ölkənin rəsmi dövlət və idarələri bölgələrə köçürülə bilər. Hansı ki, bu üsul artıq Gürcüstanda həyata keçirilib. Bildiyiniz kimi, 2013-cü ilə qədər paytaxt Tiflisdə yerləşən Gürcüstan parlamentinin binası artıq 3 ildir ki, paytaxtdan 230 km uzağa - Kutaisi şəhərinə köçürülüb. Niyə bu üsul bizim ölkəmizdə təcrübə olunmasın, nədən bəzi nazirliklər, dövlət idarələri, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi regionlara köçürülməsin? Yəni inzibati qaydada Bakının "yükünün” azaldılması mümkündür”.

Natiq Cəfərlinin sözlərinə görə regionların iqtisadi gücünü artırmaq lazımdır:

"İnsanların işləməsi üçün şərait yaradılmalıdır ki, bölgələrə geri axın baş tutsun. Bölgələrin iqtisadi cəlbediciliyi yox səviyyəsindədir. Regionların inkişafı ilə bağlı 3 proqram qəbul edilib, milyardlarla manat xərclənib, nəticədə isə regionların büdcənin formalaşmasında payı hələ də 5%-ə çatmayıb. Regionların inkişafı ancaq hər rayonda mərkəzi küçələrin təmiri, parkların salınması ilə nəticələndi. Yəni, əlavə dəyər yaradan ciddi layihələr baş tutmadı, camaata iqtisadi sərbəstlik verilmədi, icra başçıları yerli xanlıqlara çevrildilər, bu da əhalinin Bakıya axınının əsas səbəblərindən biri oldu. Çünki, Bakının rayonlarının icra başçılarının siyasi-içtimai-iqtisadi həyatda rolları çox kiçikdir. Məsələn, istənilən regionda, istənilən rayonun sakini öz icra başçısının adını əzbərdən bilir, üzdən tanıyır. Amma, məsələn, Bakının Nəsimi rayonunun sakinlərinin əksəriyyəti öz rayonlarının icra başçısını heç tanımırlar da, küçədə üzbəüz gəlsələr, bilməzlər ki, bu içrabaşçısıdır”.

Mənsur Rəğbətoğlu

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR