Logo

Qəsəbələrdəki sürüşmə ərazilərindən əhali evaukasiya ediləcək?

Qəsəbələrdəki sürüşmə ərazilərindən əhali evaukasiya ediləcək?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son günlər Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə və Zığ qəsəbəsində sürüşmə prosesi aktivləşib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli  geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Sfera.az-a həmin ərazilərdəki son vəziyyəti çatdırıb.

Əziz Qaralov bildirib ki, həmin ərazilərdə sürüşmə prosesi 2012-ci ildən başlayıb:

"Zığ, Masazırdakı "Zəli Gölü” və "At yalı” deyilən yerdə "Nübar” qəsəbəsi - bu ərazilərdə aktivlik müşahidə olunur. Yəni, bunlar indi təzəlikcə baş verən sürüşmə hadisələri deyil. Bu ərazilər köhnə sürüşmə əraziləridir. Zığ ərazisinin özü, bizdə təsdiq olunmuş atlasda kordinatları ilə tam şəkildə sürüşmə ərazisi kimi göstərilib. Masazırda təxminən 2 ilə yaxındır sürüşmə müşahidə olunur və artıq 7-ə yaxın deformasiya ərazisi görülüb. Bu sürüşmə təqribən 2012-ci ildən başlayıb. Hansı ki, ordakı palçıq vulkanı olan ərazidə evlər tikilib və qəsəbə salınıb. İndi isə evlərdə çatlar əmələ gəlib".

Əziz Qaralov adı çəkilən ərazilərdən əhalinin evaukasiyasını da istisna etməyib:

"Məsələn elə götürək Zığ ərazisini. Sürüşmələr zamanı 100-dən çox ev sıradan çıxıb deformasiyaya uğrayıb. Statistik məlumatlara görə, orda 140 ev var və hamısı təhlükə zolağındadır".

Nihat HÜSEYNZADƏ

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR