Bakıda məktəblilər arasında kütləvi dava - Xəsarət alanlar var - YENİLƏNİB
" Heç bir kütləvi dava halı baş verməyib. Sadəcə iki uşaq bir-birini itələyib”.
Əməkdaşımız Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə də əlaqə saxlayıb. DİN mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə əməkdaşımızı Xətai rayon 34-cü polis bölməsinə yönləndirib.
34-cü polis bölməsindən isə bu barədə heç kimə açıqlama vermədikləri bildirilib.
Zəngə cavab verən şəxs əməkdaşımızla kobud danışıb və daha sonra telefonu söndürüb.
Sfera.az saytı olaraq Daxili İşlər Naziri Ramil Usubovdan xahiş edirik ki, KİV nümayəndələrinin məlumatı dəqiqləşdirərkən bu cür hallarla qarşılaşmaması üçün tədbirlər görsün.
Xatırladaq ki, KİV haqqında qanunun IV fəslinin 29-cu maddəsi, İnformasiya almaq hüququnun 3-cü bəndinə əsasən - Kütləvi informasiya vasitəsinin nümayəndəsi onun istədiyi məlumatı verməkdən imtina edən dövlət orqanlarından və ya vəzifəli şəxslərdən yuxarı orqana və ya vəzifəli şəxsə, bundan sonra isə məhkəməyə şikayət edə bilər.
Nihat HÜSEYNZADƏ
***
11:01
Bakının 194 nömrəli tam orta məktəbində kütləvi dava olub.
Sfera.az xəbər verir ki, hadisə ötən gün baş verib.
Məktəbin 7-ci sinif şagirdləri arasında çıxan dava nəticəsində xəsarət alanlar var. İnsident zamanı məktəbin xadiməçisinin də gözü zədələnib.
Hadisədən sonra məktəbə polis əməkdaşları gəlib.
Xatırladaq ki, 194 nömrəli tam orta məktəbdə bir neçə ay əvvəl də xoşagəlməz hadisə baş vermişdi. Həmin vaxtı məktəbin mühafizəçisi beyninə qan sızması nəticəsində insult keçirmişdi.
Lətif Əhmədov






