At, eşşək ətindən hazırlanıb 1 manata satılan dönərlər - Kim təqsirkardır?
Sfera.az-ın əməkdaşı bu suallara cavab tapmaq üçün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxlayıb.
Eyyub Hüseynov bildirib ki, 1 manatlıq dönərlərin demək olar ki, hamısı vaxtı keçmiş toyuq ətindən hazırlanır:
"Bizim təşkilat çalışır ki, əhali ucuz və keyfiyyətli mal alsın. Malın ucuz olmağı mühim deyil, əsas odur ki, əhali maldan razı qalsın. Lakin təhlükəli mallarla bağlı xəbərdarlıq edirik. 3 il bundan öncə Standartlaşdırma Komitəsi dönərlərin hazırlanıb şişə keçirilib dondurulmasına nəzarət edirdi. Dönərlərin hansı ətdən hazırlanması nəzarətdə idi. İndi isə 1 manatlıq dönərlərin hamısı vaxtı keçmiş toyuqlardan hazırlanan yararsız məhsullardı".
Eyyub Hüseynov ət dönərlərində də vəziyyətin fərqli olmadığını deyib:
"Ətlər isə at, eşşək və Hindistandan gələn dondurulmuş ətlərdir. Mən deyərdim ki, o dondurulmuş ətlər daha təhlükəsizdir".
Onun sözlərinə görə, dönərxanalarda istifadəe dilən ətin haradan və hansı şəraitdə gətirilməsinə Dövlət Təhlükəsizlik Xidməti nəzarət etməlidir:
"O cür yerlərdə gigiyenik qaydalara da riayət edilmir. Ümumiyyətlə, nəzarətsizlik özbaşınalığa səbəb olur. Onlara şəxsən Dövlət Təhlükəsizlik Xidməti nəzarət etməlidir. Bilinməlidir ki, istifadə edilən ət haradan gətirilir, nə ətidir, hansı qaydada satış edilir. Artıq 3 ilə yaxındır ki, bunlara heç kim nəzarət etmir".
Nihat Hüseynzadə






