Logo

Hadi Rəcəbli: "Cənub zonası İlham Əliyevi prezident görmək istəyir"

Hadi Rəcəbli: "Cənub zonası İlham Əliyevi prezident görmək istəyir"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Hazırda Lənkəranda görüşlər keçirirəm. Lənkəran camaatı birmənalı olaraq cənab prezidentin namizədliyini dəstəkləyir". 

Bu barədə Sfera.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.

Komitə sədri deyib ki, bütün Cənub zonası, o cümlədən Lənkəran camaatı İlham Əliyevin növbəti dəfə prezident seçilməsini arzu edir:

"Lənkəran camaatı ilə söhbət edirəm. Onlar da mənə İlham Əliyevdən başqa namizədi dəstəkləməyəcəklərini bildirir. Bu, lənkəranlıların ürəyindən gələn istək və arzudur. Mən deməzdim ki, təkcə Lənkəran camaatı möhtərəm prezidentimiz dəstəkləyir. Eyni zamanda bütün Cənub zonası cənab İlham Əliyevi prezident görmək istəyir".

Aydan Lətifova

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR