Logo

Azərbaycanda pensiyalar artırıldı — SƏRƏNCAM

Azərbaycanda pensiyalar artırıldı — SƏRƏNCAM
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Prezident İlham Əliyev "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncam imzalayıb.

Sfera.az xəbər verir ki, sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2017-ci il üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2018-ci ilin 1 yanvar tarixinə:

1.1. bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin;

1.2. fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR