Yasamalın yeni icra başçısı kimdir? - MƏLUMAT - VİDEO
Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sfera.az-ın məlumatına görə, Ə.Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olub. M.Əzizbəyov adına Neft və Kimya Akademiyasını mühəndis ixtisası üzrə bitirib. İndiyədək müxtəlif vəzifələrdə işləyib.
1985-1986-cı illərdə Tramvay parkında xətt sahəsi əmiri ustası, 1986-1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta işləyib.
1987-1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989-1990-cı illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990-1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisi, 1992-1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentində texniki şöbənin rəisi, 1993-1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentində hərəkətin təhlükəsizliyi üzrə rəis vəzifələrində çalışıb.
1996-2006-cı illərdə Sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var. Qeyd edək ki, Ə.Əzizov 2006-cı ildən bu günədək Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib.






