Logo

Ərdoğan "Mən Ona Qayıtmayacam" - Demişdi, Tramp Qayıtdı!

Ərdoğan "Mən Ona Qayıtmayacam" - Demişdi, Tramp Qayıtdı!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyənin "HABER TURK" telekanalının verdiyi məlumata görə Prezident Ərdoğan, Afrin Əməliyyatının 5-ci günündə ABŞ Prezidenti Tramp ilə görüşəcək. Görüş, Trampın tələbi ilə baş tutacaq.

ABŞ-ın Suriyada Türkiyə sərhəddində 30 min nəfərlik terror ordusu yaratmaq qərarı və Afrinə qarşı "Zeytun Budağı" Əməliyyatı ilə gərginləşən Türkiyə-ABŞ münasibətlərində ilk liderlərarası görüş bu gün baş tutacaq.

ÇAVUŞOĞLU AÇIQLAYIB

Türkiyənin Xarici işlər Naziri Mövlud Çavuşoğlu, Fransanın paytaxtı Parisdə ABŞ Xarici İşlər Naziri Tillerson ilə görüşdükdən sonra Prezident Ərdoğan ilə ABŞ Prezidenti Tramp arasında bu gün bir telefon bağlantısı olacağını açıqlayıb. Çavuşoğlu, Türkiyənin Paris Səfirliyində mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Tillerson ilə keçirilən görüşdə daha çox Suriya məsələsinin müzakirə olunduğunu qeyd edən Çavuşoğlu, Türkiyənin PYD/PKKYA verilən silahlardan duyduğu narahatlığını təkrar dilə gətirdiyini deyib.

"TRAMP PREZİDENTİMİZLƏ GÖRÜŞMƏK İSTƏYİR"

Çavuşoğlu bunları qeyd edib:

"Ayrıca, daha əvvəl Vankuverdə də gündəmə gətirdiyimiz terrorçulardan sözdə ordu yaradılması ilə bağlı, Türkiyədə duyulan narahatlığı gündəmə gətirdik. Tillerson YPG-yə bir quruluş içinə girmələri üçün siyasi quruluş da daxil olmaqla bir dəstək vermədiklərini vurğulayıb. Sabah (bu gün) onsuz da iki prezident arasında telefon bağlantısı olacaq. Cənab Tramp, Prezidentimiz ilə görüşmək istəyir".

ƏRDOĞAN MƏN ONA QAYITMAYACAM - Demişdii

Keçən həftə partiyasının qrup toplantısının ardından jurnalistlərin Tramp ilə Suriya mövzusunda görüş olub olmayacağı sualına cavab verən Ərdoğan, "Hazırda hələ ki, onu axtarmağı düşünmürəm. Çünki daha əvvəl bunları danışdıq, o mənə qayıdacaqdı. O mənə qayıtmayacağı halda mən ona qayıtmayacam" demişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR