İlham Əliyev Davos Forumunda iştirak edəcək
Kateqoriya məlum deyil
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 23-də İsveçrədə keçiriləcək ənənəvi Davos İqtisadi Forumuna qatılacaq.
Sfera.az-ın xəbərinə görə, müzakirələr Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Dövlət başçısı "Strateji perspektivlər: Avrasiya” panelindəki müzakirələrdə çıxış edəcək.
Qeyd edək ki, Davos Forumu yanvarın 23-26-da keçiriləcək.






