Logo

Fazil Məmmədov əmr imzaladı: Ələkbərovu işdən çıxarıldı (FOTO)

Fazil Məmmədov əmr imzaladı: Ələkbərovu işdən çıxarıldı (FOTO)
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb.

Sfera.az xəbər verir ki, federasiyanın prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə federasiyanın I vitse-prezidenti vəzifəsinin müvəqqəti icraçısı Ələkbərov Sahib Nurəddin oğlututduğu vəzifədən azad edilib.

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası Umudov Firdovsi Qəminalı oğluna həvalə edilib.

Məlumat üçün bildirək ki, Firdovsi Umudov sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi, əməkdar məşqçi, beynəlxalq dərəcəli idman ustası, Dünya Güləş Birliyi Məşqçilər Assosiasiyasının üzvüdür. Güləş idman növünün inkişafındakı xidmətlərinə görə o, 2009, 2012 və 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə Dünyanın ən yaxşı məşqçisi seçilib, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Şöhrət” ordeni, "Tərəqqi” medalı və "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunub.

Qeyd edək ki, Fazil Məmmədov bir müddət əvvəl vergilər naziri vəzifəsindən azad olunub.

Fazil Məmmədov əmr imzaladı: Ələkbərovu işdən çıxarıldı (FOTO)

Sahib Ələkbərov

Fazil Məmmədov əmr imzaladı: Ələkbərovu işdən çıxarıldı (FOTO)

Firdovsi Umudov

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR