Logo

Prezident yeni agentlik yaradıb sədr təyin etdi - FOTO

Prezident yeni agentlik yaradıb sədr təyin etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Prezident İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyinə sədr təyin edib.

Sfera.az-ın məlumatına görə, dövlət başçısının müvafiq sərəncamına əsasən, Qoşqar İlahi oğlu Təhməzli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilib.

Qeyd edək ki, bu il noyabrın 13-də prezidentin fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyi təsis olunub.

Qoşqar Təhməzli kimdir?

Qoşqar Təhməzli 29 may 1970-ci ildə anadan olub. Azərbaycan Tibb Universitetinin 1994-cü il məzunu olan Q. Təhməzli Tibb elmləri üzrə fəlsəfə doktorudur.

Yeni Agentliyin sədri 2006-cı ildə fəaliyyətə başlamış "Medeks” şirkətinin rəhbəridir. O, Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə bu il iyunun 16-da prezidentin sərəncamına əsasən, "Tərəqqi” medalı ilə təltif edilib.

Prezident yeni agentlik yaradıb sədr təyin etdi - FOTO
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR