Logo

Tədqiqat metodları mövzusunda təlim başa çatıb

Tədqiqat metodları mövzusunda təlim başa çatıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
16-17 dekabr 2017-ci il tarixində Binəqədi Gənclər Evində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və fiziki şəxs Həcər Abbaslının təşkilatçılığı ilə həyata keçirilən "Gənc Tədqiqatçılar Məktəbi” layihəsi çərçivəsində ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün "Tədqiqat Metodları” mövzusunda təlimin doqquzuncu və onuncu modulu təşkil edilib.

Gununsesi.info xəbər verir ki, təlimin doqquzuncu və onuncu modulu ekspert İsmayıl Kərimovun mühazirəsi ilə davam edib.

O, təlimin 9-cumodulunda keyfiyyət tədqiqatları metodlarını- fokus qruplarla görüş, dərinləşdirilmiş intervü, müşahidə, müsahibə və kontent analizi metodlarını, 10-cu modulda isə ölkəmizdə ali məktəblərdə buraxılış işləri və magistratura dissertasiyalarının yazılış qaydaları və strukturları haqqında biliklər təlim iştirakçılarına çatdırılıb.

Təlimin sonunda təlim iştirakçıları ilə gələcək planlar müzakirə edilib,  praktiki hissədəki mövzuların təqdimatları olub.

Gununsesi.info

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR