Logo

Prezidentdən iki deputat haqda — SƏRƏNCAM

Prezidentdən iki deputat haqda — SƏRƏNCAM
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hadi Rəcəblinin 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sfera.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Hadi Musa oğlu Rəcəbli 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Musa Cəfər oğlu Qasımlı "Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, oktyabrın 25-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin 70, bu gün isə deputat Musa Qasımlının 60 yaşı tamam olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR