Bolqarıstan prezidenti Bakıya gəlir
Kateqoriya məlum deyil
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gələcək.
Səfər oktyabrın 13-14-də baş tutacaq.
R.Radevin Azərbaycan Prezidenti İlham Əliyev, baş nazir Artur Rasi-zadə, Milli Məclis rəhbərliyi və digər rəsmilərlə görüşəcəyi gözlənilir.
Görüşlərdə iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi, ticari-iqtisadi, təhsil, elm, mədəniyyət, energetika və nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən Azərbaycan qazının Bolqarıstana tədarükü, eləcə də aktual beynəlxalq problemlərin və qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır. (report)
Sfera.az






