Logo

Zakir Həsənov Tacikistan prezidenti ilə görüşdü

Zakir Həsənov Tacikistan prezidenti ilə görüşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tacikistan paytaxtı Düşənbədə MDB-yə üzv dövlətlərin müdafiə nazirlərinin iclası başlayıb.

Nazirlər toplantıdan əvvəl Tacikistan prezidenti İmamali Rəhmanla görüşüblər.

İ.Rəhman deyib ki, 25 il ərzində MDB məkanında sabitlik şəraitində çoxtərəfli əməkdaşlıq inkişaf edib və təhlükəsizlik təmin olunub. Dövlət başçısı bütün bunlara görə müdafiə nazirlərinə təşəkkürünü bildirib.

Məlumata görə, nazirlər iclasda hazırki şəraitdə birliyə üzv olan dövlətlərdə təhlükəsizliyin təmin olunması, Əfqanıstanda və bu ölkə ilə sərhəddəki vəziyyəti, terrorçuluğa qarşı mübarizə, narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da iclasda iştirak edir.

Xatırladaq ki, Tacikistan 2018-ci ildə MDB-yə sədrlik edəcək. (report)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR