Logo

Türkiyənin Bakıdakı sabiq səfirindən Bakıya xəyanət: “İt hürər karvan keçər” - ŞƏRH

Türkiyənin Bakıdakı sabiq səfirindən Bakıya xəyanət: “İt hürər karvan keçər” - ŞƏRH
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Əhməd Ünal Çeviközün "Hürriyyət” qəzetində "Türkiyə-Ermənistan münasibətləri nə vaxt normallaşacaq?” adlı yazısı dərc olunub. Diplomat yazısında Türkiyənin uzun illərdir Ermənistanla diplomatik münasibətlər qura bilməməsindən və iki ölkə arasında quru sərhədinin bağlı qalmasından şikayətlənib. Buna əsas səbəblərdən biri kimi Dağlıq Qarabağ münaqişəsini göstərib və erməni tərəfini konfliktdə haqlı göstərməyə çalışıb.

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Sədrəddin Soltan söyləyib ki, Türkiyə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı müqavilənin mahiyyəti, onun nəyə xidmət etdiyini Türkiyədə də yaxşı bilirlər.

Türkiyənin Bakıdakı sabiq səfirindən Bakıya xəyanət: “İt hürər karvan keçər” - ŞƏRH

Ekspertin fikrincə, görünür qardaş ölkədə Azərbaycanın məsələlərinə hələ də müxalifət-iqtidar münasibətləri əsasında baxanlar var:

"Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə Türkiyə vətəndaşlarının rəsmi Bakıdan icazəsiz səfərini də yada salmaq yerinə düşər. Ehtimal etmək olar ki, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Əhməd Ünal Çeviköz də bu məsələni gündəmə gətirməklə erməni lobbisinin diqqət mərkəzinə düşmək istəyir. Yaxud ola bilsin növbəti parlament seçkisində azlıqların, o cümlədən ermənilərin səsini qazanmaq üçün bu yazı ilə çıxış edib. Belələri özlərini "solçu”, Mustafa Kamal Paşa Atatürkün davamçısı sayır. Ancaq onun adına daha çox ziyan vurmaqla məşğul olurlar. Bir çox hallarda isə demokratiya adından istifadə edərək, öz üzlərini gizlətməyə çalışırlar. Odur ki, demokratiya beynəlxalq hüququn, dövlətin Ana Yasasının, tarixi gerçəkliyin, hüququn pozulmasına xidmət etmək üçün alət deyil. Əksinə bu amillərə daha hörmətlə yanaşmaq üçün vasitələrdəndir”.

S.Soltanın sözlərinə görə, Azərbaycanda səfir işləmiş Çevikgöz təəsüf ki, yazısında bir dəfə də olsun Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasından bəhs etməyib:

"Sadəcə "Yuxarı Qarabağ problemi” yazmaqla müqavilənin icrasına maneənin adını çəkib. Çevikgözlər hələ də Ermənistanın Türkiyəyə ərazi iddiasına ciddi yanaşmırlar. Elə bir zamanlar İraqla bağlı məsələyə, SSRİ-nin dağılacağına da bu sayaq solçular inanmırdılar. Bütün bu kimi diplomatların və ya jurnalistlərin davranışına, çıxış və yazılarına baxmayaraq, Azərbaycanla Türkiyə bir çox məsələlərə münasibət və birlik nümayiş etdirəcəklər. Necə deyərlər: "İt hürər karvan keçər””.

Qeyd edək ki, 2014-cü ildə də Çeviköz təxminən buna bənzər bir mövqe ilə çıxış etmişdi.

Gülnarə Eynullaqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR