Logo

Ən çətin günümüzdə Əliyev yanımızda oldu – Lukaşenko

Ən çətin günümüzdə Əliyev yanımızda oldu – Lukaşenko
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Belarus Azərbaycanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Sfera.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Müdafiə naziri Zakir Həsənovla görüşü zamanı söyləyib. Onun sözlərinə görə, bu sahədə əməkdaşlıq beynəlxalq öhdəliklərə zidd deyil:

"Biz suveren, müstəqil ölkələrik və zamanın ruhuna, ənənəvi qardaşlıq əlaqələrinə malik ölkələrimizin tələbinə uyğun əməkdaşlıq istiqamətlərini müəyyən etmək hüququna sahibik. Minskdə ümumiyyətlə, Azərbaycanla bağlı heç bir narazılıq yoxdur. Biz Azərbaycan xalqına çox böyük hörmətlə yanaşırıq. Mən yaxşı xatırlayıram, Belarus xalqının çətin günlərində Azərbaycan prezidenti bizim yanımızda olub. Biz bunları yaxşı xatırlayırıq və əgər Azərbaycan üçün edə biləcəyimiz bir şey varsa, bunu etməyə hazırıq. Biz istəyirik ki, sizin xalqınız təhlükəsiz şəraitdə yaşasın və ölkəniz inkişaf etsin. Azərbaycan xalqının özünü təhlükəsizlikdə hiss etməsi üçün müdafiə tədbirləri gücləndirilməlidir. Biz bu baxımdan sizinlə işləyirik və bu işləri gələcəkdə də davam etdirəcəyik”.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR