Logo

Volodin Bakıya gəlir

Volodin Bakıya gəlir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanla Rusiya arasındakı parlamentlərarası əlaqələr dərinləşir.

Sfera.az xəbər verir ki, bunu Report-a Rusiya Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov deyib.

Onun sözlərinə görə, dekabrda Rusiya parlament üzvlərinin Bakıya iki dəfə səfər edəcəyi gözlənilir.

"Əvvəlcə MDB Dövlət Duması Komitəsinin Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsi ilə birgə iclasını keçirəcəyik. Bundan bir həftə sonra Dövlət Dumasının sədri Vyaçeslav Volodin Bakıya səfər edəcək", - L.Kalaşnikov bildirib.

O, həmçinin hazırda hər iki səfərin dəqiq tarixlərinin razılaşdırılması üzrə işlərin getdiyini söyləyib.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR