Logo

"Rusiya 5 rayon mövzusunu ortaya atmaqla..." - Millət vəkilindən İDDİA

"Rusiya 5 rayon mövzusunu ortaya atmaqla..." - Millət vəkilindən İDDİA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Söhbət Azərbaycanın hal-hazırda işğal altında olan 7 rayonundan gedir. Hər bir rayonla bağlı BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsi var”

Bu sözləri Sfera.az-a rusiyalı ideoloq Aleksandr Duqinin "Moskva-Bakı oxu” konfransında Ermənistanın 5 işğal olunmuş rayonu Azərbaycana qaytarmalı olduğu ilə bağlı növbəti çıxışına münasibət bildirərkən millət vəkili Asim Mollazadə deyib.

"Rusiya 5 rayon mövzusunu ortaya atmaqla..." - Millət vəkilindən İDDİA

Millət vəkili qeyd edib ki, Rusiya 5 rayon mövzusunu ortaya atmaqla diqqəti hansısa başqa məsələlərə cəlb etmək istəyir:

"Hoqlandın açıqlaması isə BMT-nin qərarları əsasında və beynəlxalq hüquq normalarına əsaslanıb. Ona görə də, rəqəmin 7-dən 5-ə dəyişməsi çox güman ki, Rusiyanın hazırda münaqişənin həllinə yönələrək, hansısa məsələləri, diskusiyaları və prosesi daha da artırmaq məqsədi daşıyır”.

Qeyd edək ki, bir müddət əvvəl ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqlandın son açıqlamasında Ermənistanın Azərbaycanın 7 rayonundan öz ordusunu çıxarmasının vacibliyini bildirməsi və yalnız bundan sonra Dağlıq Qarabağın hüquqi statusunun müəyyənləşdirilməsi yönündə danışıqların başlamasını bəyan etməsi ABŞ-ın ədalətli mövqeyi kimi qiymətləndirilmişdi. Bunun ardınca rusiyalı ideoloq Aleksandr Duqinin "Moskva-Bakı oxu” konfransında çıxışı zamanı Ermənistanın işğal etdiyi rayonlardan 5-ni qaytarması barədə mövqeyini bir daha təkrarlaması isə birmənalı qarşılanmır.

Gülnarə Eynullaqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR