"Prezidentin addımı mətbuata və hər bir vətəndaşa göstərilən qayğının nəticəsidir" - Millət vəkili
Bu gün Yasamal Rayon Məhkəməsinin qərarı ilə Mehman Əliyevin barəsində həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edlib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Mehman Əliyevin azadlığa buraxılmasını Sfera.az-a şərh edən millət vəkili Aydın Mirzəzadədeyib ki, bu hər bir şəxsə prezidentin humanistliyini və diqqətcil olmasının göstəricisidir.
Millət vəkili
qeyd edib ki, Mehman Əliyev müvəqqəti saxlanma prosesi üzərindən götürülüb:
"Ona qarşı irəli
sürülmüş ittihamların araşdırılmasında iştirak edəcək. Bu addım göstərir ki, Azərbaycan
hüquqi dövlətdir. Qanunların qarşısında hər kəsin bərabərliyi təmin edilir. Əlbəttə
ki, hüququn imkan verdiyi çərçivədə insanlara qarşı humanist münasibət göstərilir.
Cənab Prezidentin addımı mətbuata və hər bir vətəndaşa göstərilən qayğının nəticəsidir”.
Xatırladaq
ki, Mehman Əliyev barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz
sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə) maddələri üzrə cinayət işi açılmışdı.
Aidiyyəti
orqanlar M.Əliyevin müraciətini Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il
10 fevral tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza
siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan
alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi
barədə” Sərəncamına uyğun olaraq nəzərdən keçirirlər.
Qeyd edək
ki, bu barədə ilk olaraq "haqqin.az" saytı məlumat yayıb.
Gülnarə Eynullaqızı
Sfera.az






