"Akif Əli tutduğu vəzifədən azad olunmalıdır!" - Siyasətçilərin REAKSİYASI
Məsələ ilə
bağlı Sfera.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib ki, Lütfi Zadə
böyük alim idi, onu "fındıqbaş” adlandırmaq ədəbsizlikdir:
"Adamın başı
keçəl olsa da, ancaq o başıboş deyildi. Təbii ki, Akif Əli
böyük səhvə yol verib. Əgər üzr istəyibsə, günahından keçmək olar”.
Qarabağ
Azadlıq Təşkilatının sədri Akif Nağının sözlərinə görə, Akif əlinin səsləndirdiyi
fikir doğru deyil:
"Bəzi
insanlar çox lovğalanır. Lütfi Zadə böyük və dünya şöhrətli alimdir. O öz elmi
ilə Azərbaycana, ümumiyyətlə, bütün dünyaya xidmət edib. Kimlərsə cılız fikirləri
ilə Lütfi Zadəni kiçildə bilməz. Çox təəssüf edirəm ki, bu cür qurumun rəsmisi
belə bir fikir səsləndirib. Bəziləri həm başlarını, həm də özlərini itiriblər.
Akif Əlinin üzrü qəbul olunmamalıdır. O tutduğu vəzifədən qovulmalıdır!”.
Qeyd edək ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli işlətdiyi ifadələrə görə sosial şəbəkədəki hesabından üzr istəyib. Baş nazirin müavini Abid Şərifov isə A.Əlinin bu sözünə görə cəzalanacağı barədə mediaya açıqlama verib.
Azad Əliyev
Sfera.az






