"Bu cür ifadə səsləndirən birinin rəhbər vəzifədə işləməsini doğru hesab etmirəm" - Millət vəkillərinin MÖVQEYİ
Sfera.az A.Əlinin
qeyri-səlist məntiq nəzəriyyəsinin banisi haqqında işlətdiyi nalayiq sözlərə millət vəkillərinin
reaksiyasını öyrənib:
Millət vəkili Asim Mollazadə "bu cür biabırçılığı heç kim qəbul etməməlidir”, - dedi:
"Ayıbdır!
Nazirlər kabineti bu məsələ ilə məşğul olmalıdır. Biabırçı məsələni müzakirə
etməyə dəyməz”.
Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, Lütfi Zadə yalnız Azərbaycanın deyil, bəşəriyyətin
dahi oğullarından biridir:
"O nailiyyətləri
ilə bəşər övladı titulunu çoxdan qazanmışdı. Şəxsi keyfiyyətləri ilə də hər
zaman diqqəti cəlb edib. Onun vəfatı hər birimizi ürəkdən kədərləndirdi. Lütfi
Zadə xalqa xidmətin ən gözəl nümunələrindəndir və hər zaman qəlbimizdə
yaşayacaq. Böyük şəxsiyyət haqqında bu cür fikrin səslənməsinin tam əleyhinəyəm.
Azərbaycan cəmiyyətinin Lütfi Zadə haqqında fikri hər zaman müsbət olacaq”.
Millət vəkili Fazil Mustafanın fikrincə, əlbəttə ki, bu biabırçı hadisədir:
"Hesab edirəm
ki, üzr istəməklə məsələni yekunlaşdırmaq lazımdır. Ümumiyyətlə, heç bir alimi
bu şəkildə təhqir etmək doğru deyil. Kimliyindən asılı olmayaraq, alim haqqında
ədəbli danışmaq lazımdır. İnsanın görünüşünə görə insana dəyər vermək olmaz. Bu
cür ifadə səsləndirən birinin rəhbər vəzifədə işləməsini doğru hesab etmirəm”.
Qeyd edək ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli işlətdiyi ifadələrə görə sosial şəbəkədəki hesabından üzr istəyib. Baş nazirin müavini Abid Şərifov isə A.Əlinin bu sözünə görə cəzalanacağı barədə mediaya açıqlama verib.
Gülnarə Eynullaqızı
Sfera.az






