Logo

Prezidentdən “Qarabağ"la bağlı sərəncam - 2 milyon ayırdı

Prezidentdən “Qarabağ"la bağlı sərəncam - 2 milyon ayırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan prezidenti İlham Əliyev avqustun 24-də "Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə əlaqədar sərəncam imzalayıb.

Sfera.az AzərTac-a istinadən xəbər verir ki, sərəncamda "Qarabağ" futbol klubunun ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasının Azərbaycan futbolunun tarixi qələbəsi olduğu vurğulanır.

Klubun Azərbaycanı layiqincə təmsil etdiyi, ölkəmizdə futbolun inkişafında və yüksəlişində xidmətləri nəzərə alınaraq, 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Qarabağ” futbol klubuna 2 milyon manat ayrılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR