Barselona terroru: Bu faciə katalonlarla mərkəzi hakimiyyət arasında ziddiyəti kəskinləşdirmək üçün törədilib
"Barselonadakı terror atkı bir daha sübut etdi ki, heç bir dövlət ondan sığortalanmayıb. Bu hadisə inkişaf sviyəsindən asılı olmayaraq, istənilən dövlətdə törədilə bilər".
Bu sözləri Sfera.az-a Barselonada baş vermiş terraktı şərh edərkən siyasi şərhçi Sədrəddin Soltan deyib.

S.Soltanın sözlərinə görə, Barselonadakı qanlı hadisə terrorçu təşkilarlara, qruplaşmalara yanaşmaqda Avropanın aydın mövqe tutması üçün daha bir siqnaldır:
"Terror aktını məsuliyyətini İŞİD üzərinə götürüb. Ehtimal etmək olar ki, onlar Suriya və İraqda hədəfdən yayınmaq üçün Avropada belə qanlı cinayətlər törədiblər. Adətən, belə hadisələrin törədilməsi səbəbi, araxasında duran qüvvələr gec məlum olur, yaxud heç bilinmir. Ona görə də, Barselonada törədilən terrorun hədəfinin də belə tezliyə məlum olacağı az inandırıcıdır. Deyilənlər isə daha çox ehtimallardır. Bununla belə qeyd etmək lazımdır ki, İspaniyanın Kataloniya əyaləti bu ilin oktyabrın 1-də müstəqilliklə bağlı referendum keçirməyi planlaşdırır. Ona görə ehtimal etmək olar ki, bu faciə katalonlarla mərkəzi hakimiyyət arasında ziddiyəti kəskinləşdirmək üçün törədilib. İstər Barselona, istərsə də Avropanın başqa ərazilərində törədilən terrorlarla bağlı mətləblər hələ uzun illər araşdırılacaq. Onun izləri belə tez isti-isti açılmaz. Bunun səbəbləri məlum olması ehtimalı da yox deyil. Ancaq onun açılması da görünür, zaman tələb edəcək".
Qeyd edək, İspaniyanın Barselona şəhərinin Ramblas bölgəsində naməlum şəxs mikroavtobusu yol kənarında dayanan insanların üzərinə sürüb. Nəticədə xəsarət alanların sayı 119 nəfərə çatıb. Bu barədə "El Pais” yerli rəsmi qurumlara istinadən məlumat yayıb.
Azər Salam
Sfera.az






