Logo

Nazirlər cəbhədə: Onların səfəri Ermənistana bir mesaj idi...

Nazirlər cəbhədə: Onların səfəri Ermənistana bir mesaj idi...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Nazirlərin cəbhə xəttinə səfəri adi prosedurlardan biri idi. Əslində bu səfərlər hər həftə baş verməlidir"

Bu sözləri Sfera.az-a Baş nazirin birinci müavini Yaqub Eyyubov və Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun cəbhəboyu zonaya səfərini şərh edən millət vəkili Fazil Mustafa deyib.

Nazirlər cəbhədə: Onların səfəri Ermənistana bir mesaj idi...

Millət vəkilinin sözlərinə görə, səfər əsgərlərə mənəvi dəstək və əhval-ruhiyyələrinin yüksəlməsinə səbəb olacaq:

"Həm də cəbhə xəttindəki vəziyyətlə daha yaxından tanış olmalarına şərait yaradır. Bu da müsbətdir. Bundan başqa, onların səfəri Ermənistana bir mesaj idi. Qarabağ məsələsində yeniliklər gözlənsə də, hələlik hansısa fikir yürütmək düzgün deyil".

Nazirlər cəbhədə: Onların səfəri Ermənistana bir mesaj idi...

Millət vəkili Asim Mollazadə bildirib ki, Qarabağ məsələsinin həlli ilə bağlı yaxın müddətdə nəsə gözləmək çətindir:

"Azərbaycanın müdafiə imkanları yoxlanılır və böyük diqqət yetirilir. Çox güman ki, səfərin əsas səbəbi Ermənistanın törətdiyi təxribatların sayının artma səbəbini araşdırmaq idi. Ən əsas məsələ Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdir".

Azad  Əliyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR