Logo

İrəvan çətin vəziyyətdə: Vasitəçilər Azərbaycan və Ermənistan prezidetnlərinin görüşünü...

İrəvan çətin vəziyyətdə: Vasitəçilər Azərbaycan və Ermənistan prezidetnlərinin görüşünü...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bu BMT Baş Assambleyası çərçivəsində keçirilən ilk görüş deyil. Ötən illərin təcürbəsi deməyə əsas verir ki, bu görüş Ermənistanı işğalı atlında saxlanılan  Azərbaycan torpaqlarının azad edilməsinə heç bir yardım etməyəcək".

Bu sözləri Sfera.az-a Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gözlənilən görüşünü şərh edən siyasi şərhçi Sədrəddin Soltan deyib.

İrəvan çətin vəziyyətdə: Vasitəçilər Azərbaycan və Ermənistan prezidetnlərinin görüşünü...

O, bu tədbirin beynəlxalq vasitəçilərin təşəbbüsü ilə keçirildiyini qeyd etdi:

"Başqa sözlə, onlara hesabat üçün lazımdır. Vasitəçilər belə görüşləri keçirməklə özlərini münaqişəni həll etməyə cəhd edən kimi göstərməyə çalışırlar. İndidən ehtimal etmək olar ki, görüşün yekununda vasitəçilər Azərbaycan və Ermənistan prezidetnlərinin görüşünü keçirmək istədiklərini də bəyan edəcəklər. Bundan başqa, təmas xəttində atəşkəsin pozulmaması və gərginliyin azalmasından danışacaqlar. Ancaq işğalçıya qarşı yenə istənilən ölçünü götürlməsindən söhbət belə getməyəcək".

Qeyd edək ki, sentyabrın 12-25-də BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında BMT Baş Assambleyasının 72-ci sessiyası baş tutacaq. Sessiya çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir.

Azad Əliyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR