Logo

Aydın Mirzəzadə: "Ermənistan istəsə də, istəməsə də, Azərbaycan bu münaqişəni mütləq həll edəcək"

Aydın Mirzəzadə: "Ermənistan istəsə də, istəməsə də, Azərbaycan bu münaqişəni mütləq həll edəcək"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bu, əslində Ermənistanın iç mahiyyətini göstərir. Ermənistan hər zaman Azərbaycana qarşı müharibədə ən çirkin yollara əl atır".

Bu sözləri Sfera.az-a açıqlamasında son zamanlar Ermənistanın cəbhə xəttində atəşkəsi intensiv pozması və dinc sakinləri hədəfə alması ilə bağlı danışan millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkilinin sözlərinə görə, onlar dinc əhalini atəşə tutmaqla vəziyyəti daha da gərginləşdirməyə çalışırlar:

"Məqsəd bizləri eyni addım atmağa və bununla da Azərbaycanı qeyri-insani hərəkətlərdə ittiham etməkdən ibarətdir. Bunu da Ermənistanın gücsüzlüyünü, onun Azərbaycan əsgəri ilə üzbəüz gəlməsindən qorxması ilə əlaqələndirmək olar. Son hadisələr də göstərir ki, qarşımızda çox azğın və heç bir hüquq və insani etikanı tanımayan tərəf var. Əslində Ermənistan vəziyyəti daha da gərginləşdirməyə maraqlıdır. Ancaq dərk etmir ki, artıq Azərbaycanın müstəqil dövləti güclənir, güclü iqtisadiyyatımız, güclü Silahlı Qüvvələrimiz və səmərəli xarici siyasətimiz var".

Millət vəkili qeyd edib ki, Ermənistan törətdiyi əməllərə görə qat-qat cəzasını alıb və alacaq da:

"Ermənistandan həmişə hər şey gözləmək olar. Ermənistan qeyri-ciddi bir dövlət olduğunu və beynəlxalq hüquq normalarını tanımadığını artıq sübut edib. Problemin həllinə gəldikdə isə, Azərbaycan bu münaqişəni mütləq həll edəcək. Təbii ki, Ermənistan bunu istəsə də, istəməsə də".

Azad Əliyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR