Logo

Çingiz Abdullayevdən "Neftçi"yə cavab: "Mənim adımı..." - Foto

Çingiz Abdullayevdən "Neftçi"yə cavab: "Mənim adımı..." - Foto
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sfera.az xəbər verir ki, Bakılıların rəsmi "facebook” səhifəsi vasitəsi ilə şuranın üzvü Fərhad Bədəlbəyliyə dünyasını dəyişən həyat yoldaşı Nailə xanımla bağlı başsağlığı verib.

Başsağlığında qeyd olunub:

"Neftçi" PFK-nın prezidenti Orxan Hüseynzadə və "Neftçi" ailəsi klubun Müşahidə Şurasının üzvü, xalq artisti Fərhad Bədəlbəylinin həyat yoldaşı Nailə xanımın vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin".

Maraqlıdır, Çingiz Abdullayev bu ailənin üzvü deyilmi?

Çingiz Abdullayevdən "Neftçi"yə cavab: "Mənim adımı..." - Foto

Məsələ ilə bağlı Sfera.az-a aydınlıq gətirən xalq yazıçısı Çingiz Abdullayev "Neftçi"nin paylaşdığı statusdan məlumatlı olduğunu bildirib:

"Biz Müşahidə Şurasının adından Fərhad Bədəlbəyliyə başsağlığı vermişik. "Neftçi" də öz ailəsi adından başsağlığı verib. Məlumatım var, çox sağ olsunlar. Mənim adımı çəkməsələr də olar".

Azər Salam

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR