Logo

Cəbhədə gərginlik: hərbçimiz yaralandı - Foto

Cəbhədə gərginlik: hərbçimiz yaralandı - Foto
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Tərtər rayonu ərazisində yerləşən qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələri növbəti dəfə döyüş pilotsuz uçuş aparatından istifadə ediblər.

Bu barədə  Sfera.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
"Düşmənin kustar üsulla hazırladığı yandırıcı-partlayıcı vasitə və metal elementlərlə doldurulmuş qurğunun bölmələrimizin mövqelərinə atılması nəticəsində hərbi qulluqçumuz əsgər Babakişiyev Muraz Kamal oğlu yüngül bədən xəsarətləri alıb.

Hazırda hospitala yerləşdirilən əsgər M.Babakişiyevin həyatı üçün heç bir təhlükə yoxdur.

Təxribatın qarşısının alınması məqsədilə tədbirlər görülür", deyə, məlumatda bildirilib.

Sfera.az

SON DƏQİQƏ! Cəbhədə VƏZİYYƏT GƏRGİNLƏŞDİ: BİR ƏSGƏRİMİZ... - FOTO
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR