Ermənistan vəziyyəti gərginləşdirməklə Qarabağ cəbhəsində genişmiqyaslı müharibənin yenidən alovlanmasına şərait yaradır - SENSASİON AÇIQLAMA
İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.
Məlumata görə, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın bu təxribatına layiqli cavab verərək, düşmənin atəş nöqtələrini məhv edib. Bununla belə, ötən ilin aprel döyüşləri zamanı sarsıdıcı məğlubiyyətə məruz qalan Ermənistanın o zərbədən dərs almayaraq, vəziyyəti gərginləşdirmək cəhdinə ara verməməsi Qarabağ cəbhəsində genişmiqyaslı müharibənin yenidən alovlanmasına şərait yaradır.
İrəvanın son hərbi təxribatının mümkün səbəbləri barədə Sfera.az-a danışarkən siysi şərhçi Sədrəddin Soltan söyləyib ki, Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün müharibə bitməyib.

Onun sözlərinə görə, beynəlxalq vasitəçilər və Ermənistan torpaqların dinc yolla işğaldan azad edilməsi istiqamətində əməli bir iş görməyib:
"Başqa sözlə, işğalçı əməlinə görə Ermənistana sanksiya tətbiq edilməyib, bu kimi dinc tyəzyiqlər ollmadığından onlarda torpaqlardan təmizlənməyiblər. Odur ki, belə bir vəziyyəti Azərbaycan üçün müharibnin bitməməsi və onun hər gün başlaya bilməsi deməkdir. Bu həm də torpaqların işğaldan azad olunması üçün Azərbaycan əhalisinin hər an hazır olması deməkdir. Ermənistanın bu addımları isə Azərbaycan vətəndaşlarının işğaldan azad edilən öz torpaqlarına qayıdışını əngəlləməyə yönəlib. Ermənilər və havadarları Azərbaycan tərəfdə bununla bağlı ovqatı korlamağa və Azərbaycan əhalisinin bədbinliyə sürükləməyə cəhd göstərir. Məsələnin o biri tərəfi isə sırf Ermənistan üçün hesablanıb. Son zamanlar bu ölkənin əhalisində bədbinlik hökm sürür. Ermənistan əhalsi və hakimiyyətiinin patronu Rusiyaya inanımı azalmaqdadır. Rusiyanın son zamanlar bu ölkədə hakimiyyət dəyişikliyi ilə bağlı layihələri uğurlu nəticə vermir. Bundan yayınmaq, Ermənistan əhalisində patron dövlətə və oyuncaq hakimiyyətə etibarı artımaq üçün bu sayaq terrorlar, cinayətlər törədilir. Moskvanın dəstəklədiyi Ermənistan ordusu yaşyarımlıq Zəhraya atəş açıb, onu şəhid etdiyi vaxt, Rusiya Xarici İşlər Nazirliyi ermənilərə aid soyadlı Rusiya vətəndaşlarının Azərbaycan burxalımamasına etiraz edir. Halbuki beynəlxaq vasitəçilərdən biri və bu münaqişənin həllində rol oynayan əsas fiqur kimi Kreml əvvəlcə Zəhranı öldürənin cəzalandırlımasına azından səy göstərməsini bildirməli idi. Ancaq həmin gün bu iddianın irəli sürülməsi beynəlxalq vasitəçilərin mahiyyətini də təsdiqləyir. Ermənilər də vasitəçilərin belə davranışından istifadə edərək, işğal etidkləri ərazilərdən dinc Azərbaycan sakinlərinə atəş açırlar".

Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, əgər bədnam Ermənistan əvvəlcədən dərindən düşünsəydi iyulun 4-də işğalçı ölkənin silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması bunlara bu qədər başağrısı gətircək, bəlkə də bu qələti etməzdilər:
"Faktiki olaraq bu gün aktiv döyüş əməliyyatlarının başlaması üçün heç vaxt olmadığı bir münbit şərait yaranıb. Ötən ilin aprel hadisələri görünür bu axmaqlar üçün heç də dərs olmayıb. Ermənistan tərəfinin bu dəfəki təxribatı nəticəsində mülki vətəndaşların faciəli şəkildə həlak olmaları erməniləri və havadarlarını çox pis vəziyyətə salıb. Sözsüz ki, bu cinayət cavabsız qalmayacaq. İnanıram ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın bu təxribatına layiqli cavab verəcək və düşmən bu alçaq və mənfur hərəkətinin ağır bədəlini ödəyəcək. Artıq Ermənistanın həyasız zərbədən dərs almayaraq, vəziyyəti gərginləşdirmək cəhdinə ara verməməsi Qarabağ cəbhəsində genişmiqyaslı müharibənin yenidən alovlanmasına şərait yaradır. Səbəblər bəllidir ki, iyulun11-də Avstriyada iki ölkənin xarici işlər nazirləri bir araya gəlməlidirlər və bu növbəti formal xarakter daşıyacaq görüş üçün danışmağa və müzakirə üçün hansısa mövzu olsun deyə bu təxribat həyata keçirilib. Özü də bilə-bilə və məqsədyönlü şəkildə. Yəqin ki, yaxın bir neçə gündə cəbhədə gərginliyin bir az da artmasının şahidi olacağıq. Ona görə də bu dəfə ermənilər və havadarları hazır olmalıdırlar ki, alacaqları sarsıdıcı zərbələr onları pis duruma salmasın".
Çinarə Məmmədova
Sfera.az






