Logo

99 illik müddət bitib: Ermənistan dövlətinin ərazisi bütövlükdə Azərbaycana məxsusdur

99 illik müddət bitib: Ermənistan dövlətinin ərazisi bütövlükdə Azərbaycana məxsusdur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bütövlükdə indiki Ermənistan Azərbaycan torpaqları üzərində Rusiya maraqlarına xidmət etmək məqsədi ilə qurulub. Ermənilər Qafqaza, özəlliklə Azərbaycanın indiki və tarixi ərazisinə yerləşdirliməsi də bu məqsəd xidmət etməkdədir".

Bu sözləri Sfera.az-a s1918-ci ildə İrəvanın Ermənistana güzəştə getməsi ilə bağlı imzalanan protokol haqqında danışarkən siyasi şərhçi Sədrəddin Soltan deyib.

99 illik müddət bitib: Ermənistan dövlətinin ərazisi bütövlükdə Azərbaycana məxsusdur

S.Soltan bildirib ki, son iki əsrə yaxındır ingilislər, fransızılar,ruslar, yunanlar, son 100 ildə isə ABŞ Cənub Qafqazdakı ermənilərdən Osmanlıya, sonralar Türkiyəyə, Azərbaycan Xalq Cümhuriyyətinə, daha sonralar Azərbaycan Respublikasına, habelə Qacarlar sülaləsinin İranına təzyiq vasitəsi kimi yararlanıb:

"Bu baxımdan Ermənistan dövlətinin ərazisi  bütövlükdə Azərbaycana məxsusdur. Bu məsələ ilə bağlı dünyada oxşar iddialar mövcuddur. Məsələn, Yaponiya Rusiyadan Kurilə aid 4 adanı istəməkdədir. 1945-ci ildə keçmiş SSRİ 1945-ci ildə Xabomay, Şikotan, Etorofu və Kunaşir adalarından ibarət qrupu - Kurili ələ keçirib. Ötən 72 il ərzində Yaponoya və Rusiya arasında sülh müqaviləsi bağlanmayıb. Yaponiya bunun üçün Rusiyanın həmin adaların geri qaytarmasını ilkin şərt olaraq irəli sürür. 19-cu əsrdə Alyaska yarımadasının 7,2 milyon qızıl pula ABŞ-a 100 illiyinə icarəyə verilib. Ancaq ada hələ də ABŞ-ın ərazisi olaraq qalır. Honkonq və ya Honq Konq —Çin Xalq Respublikasının xüsusi statusu olan bölgəsidir. Britanıya  XVII əsrdə bu bölgəni ələ keçirmiş, 1997-ci il iyulun 1-də bayrağını yığışdıraraq orada hakimiyyəti Çin Xalq Respublikasına təhvil verib. Honkonq dünyada ən yüksək həyat şəraitinə malik ölkə kimi də seçilir. Ölkədə adambaşına düşən milli gəlir 38 min 127 dollardır. Bu baxımdan Ermənistan, o cümlədən İrəvan Azərbaycan torpaqlarıdır və Azərbaycan türkləri o torpaqlar üzərində milli-mənəvi və tarixi hüququnu saxlayır. Dövlətlər arası münasibət beynəlxalq hüquqla tənzimlənir. Ermənistan və havadarları  bu hüququ çoxdandır pozmağa başlayıb və bu proses davam etməkdir".

Onun sözlərinə görə, Azərbaycan İrəvanı ermənilərə tarixi şərtlər daxilində güzətşə gedib:

"Əsasən,  ingilis, fransız, rus beynəlxalq dəstəyi olmayan Azərbaycana təziqlər edir. Ondan güzəştə getməyi istəyirlər. Azərbaycanın liderləri  isə müstəqilliyi qazanmaq üçün İrəvanın müvəqqəti olaraq, ermənilərə verilməsinə razı olur. Ancaq təəssüf ki, sonrakı mərhələdə və illərdə hadisələr heç də Azərbaycan liderlərinin istəkləri və beynəlxaql qüvvələrlə razılaşdırılmış şəkildə davam etmədi. Azərbaycan və Ermənistan bir-birinin beynəlxalq səviyyədə dövlətini və ərazi bütövlüyünü  tanıyır. Bu baxımdan bölgədə və düynada yaranmış indiki şəraitdə İrəvanın geri qaytarılması, yaxud təhvili  gerçək görümür. Əslində Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğundan  İrəvanı geri istəyə bilər, bu isə  mövcud şəraitdə mümkünsüzdür. Ancaq bu həmin torpaqlardan tamamilə imtina etməyimiz demək də deyil".

Qeyd edək ki, Müsəlman Milli Şurasının Tiflis şəhərində keçirilən 29 may 1918-ci iclasının 3 №-li protokoluna əsasən, İrəvan Ermənistana 99 il müddətinə güzəştə gedildi. Bu il isə həmin protokolun qüvvədəqalma müddəti bitir.

Azər Salam

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR