Logo

Kremlin Bakıya silah satışına İrəvandan - Reaksiya

Kremlin Bakıya silah satışına İrəvandan - Reaksiya
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan təhlükəsizliyinin təmin edilməsində ilk növbədə özünə güvənməlidir.

Bunu jurnalistlərə açıqlamasında Rusiyanın Azərbaycana silah satmasını şərh edən Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan söyləyib.

"Hansısa başqa gücə həddən artıq ümid bəsləmək bizi yanlış istiqamətə apara bilər. Buna rəğmən Rusiya bizim müttəfiqdir və biz onunla münasibətlərə böyük ümid bəsləyirik”, – deyə o bildirib.

Qeyd edək ki, iyunun 24-də Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan-Rusiya hökumətlərarası razılaşmaya əsasən ölkəmizə müasir hərbi texnikanın çatdırıldığını açıqlayıb. Bakı limanına gətirilən silah artıq cəbhəyə göndərilib.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR