Logo

YAP-ın bir namizədi var... - Aydın Mirzəzadə

YAP-ın bir namizədi var... - Aydın Mirzəzadə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ölkədə gələn il keçiriləcək prezident seçkilərində namizədin müəyyənləşdirilməsi məsələsinin hakim Yeni Azərbaycan Partiyasında (YAP) gərginliyə səbəb olacağı bildirilir.

Sfera.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə bildirib ki, YAP-ın bir namizədi var.

Millət vəkilinin sözlərinə görə, partiyanın qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi növbəti dəfə də irəli sürüləcək:

"Partiyanın sədri, indiki prezidentimiz cənab İlham Əliyevdir. O Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirir. Onun prezidentliyi dövründə Azərbaycan böyük uğurlara imza atıb. Və bundan sonra da prezidentimizin Azərbaycanın inkişaf və tərəqqisi naminə böyük işlər görəcəyinə heç bir şübhəmiz yoxdur. İlham Əliyev kifayət qədər təcrübə toplayıb, həm daxildə, həm də xaricdə ciddi nüfuz sahibidir".

Qeyd edək ki, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov partiyanın prezidentliyə namizədinin gələn il çağırılacaq qurultayında müəyyən olunacağını deyib.

Gülnarə Eynullaqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR