Logo

Ölkədən pul çıxarılması qaydaları dəyişdi

Ölkədən pul çıxarılması qaydaları dəyişdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mərkəzi Bank "Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”na dəyişiklik edib.

Bu barədə "İnterfaks-Azərbaycan”a bank sektorundakı mənbə məlumat verib.

"Dəyişikliklərə əsasən, fiziki şəxs xaricə aylıq 30 min ABŞ dolları, o cümlədən bank hesabı vasitəsilə 10 min ABŞ dolları, hesab açmadan 10 min ABŞ dolları, yaxın qohumlara 10 min ABŞ dollarınadək vəsait göndərə bilər”, - deyə mənbə bildirib.

Onun sözlərinə görə, qohumların sayından asılı olmayaraq bu məqsədlər üçün xaricə pul köçürmələrinin limiti 10 min ABŞ dolları təşkil edir./moderator.az/

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR