Logo

Prezident İlham Əliyevlə Belçika kralının görüşü - FOTO

Prezident İlham Əliyevlə Belçika kralının görüşü - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, fevralın 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belçikalıların Kralı Filipin görüşü olub.

Görüşdə Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Dövlətimizin başçısının bu səfərinin həm Azərbaycan-Belçika ikitərəfli münasibətlərinin genişlənməsi, həm də ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcəyinə əminlik bildirildi. Prezident İlham Əliyev Belçika şirkətlərini Azərbaycanın iqtisadiyyatının inkişafında iştiraka dəvət etdi.

Söhbət zamanı ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu vurğulandı, regional, iqtisadi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyevlə Belçika kralının görüşü - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR