Logo

Neftin qiyməti açıqlandı

Neftin qiyməti açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünya bazarlarında neftin qiyməti bahalaşıb.

Bu barədə  London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.

Belə ki, London birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 0,83% artaraq bir barelə görə 54,37 dollar olub.

Nyu-York birjasında WTI neftinin bir bareli 0,80% bahalaşaraq 51,49 dollara satılıb.

APA-nın məlumatına görə isə, neftin bahalaşmasının səbəblərinə gəlincə, ABŞ-ın Neft İnstitutunun proqnozlarına əsasən, həftə ərzində ölkənin kommersiya neft ehtiyatları 5,04 mln. barel azalıb. Rəsmi statistika bu gün açıqlanacaq.
 
Bununla yanaşı, OPEK-in ötən gün açıqladığı statistikaya əsasən, kartel ölkələri və 11 digər neft istehsalçısı sutkalıq hasilatı azaltmaq üçün səylərini əsirgəmir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR