Logo

Bakıdakı “Demirchi Tower”da qətl törədilib - YENİLƏNİB

Bakıdakı “Demirchi Tower”da qətl törədilib - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı şəhərindəki "Demirchi Tower” biznes mərkəzində öldürülən şəxsin kimliyi açıqlanıb.

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, "Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb. Ə. Ağalıİraqın Azərbaycandakı səfirinin tərcüməçisinin qardaşıdır.
 
Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb. Onun İraq Hava Yollarının Bakı nümayəndəliyində sürücü işlədiyi bildirilir.

***

Saat 14:11

Bakı şəhərindəki "Demirchi Tower” biznes mərkəzində silahlı insident baş verib.

APA-nın məlumatına görə, hadisə binanın 3-cü mərtəbəsində yerləşən "İraqHava Yolları" aviaşirkətinin ofisində baş verib. Bir nəfərin qətlə yetirildiyi bildirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR