Logo

Prezident İlham Əliyev yeni səfirləri təyin etdi

Prezident İlham Əliyev yeni səfirləri təyin etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Prezident İlham Əliyev yeni səfirləri təyin etdi

Prezident İlham Əliyev tanınmış diplomat Elxan Poluxovla bağlı sərəncam imzalayıb.

Qaynarinfo.Az xəbər verir ki, ölkə başçısının sərəncamı ilə Elxan Polux oğlu Poluxov Azərbaycanın Braziliyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki. E.Poluxov bundan öncə Azərbaycanın Cənubi Afrika Respublikası, Anqola, Mozambik, Svazilend və Zimbabvedəki Fövqəladə və səlahiyyətli səfiri olub.

Səfir daha öncə isə XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

***

Prezident daha iki sərəncam imzalayıb. Dövlət başçısı Dursun Ayvaz oğlu Həsənovu Azərbaycan Respublikasının Gürcüstandakı, Lətif Seyfəddin oğlu Qəndilovu Belarusdakı fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Lətif Qəndilov əvvəllər Azərbaycanın Çindəki səfiri olub. Dursun Həsənov isə Azərbaycanın Gürcüstandakı səfirinin müavini vəzifəsini tutub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR