Logo

Neftin qiyməti yenidən bahalaşır – YENİLƏNİB

Neftin qiyməti yenidən bahalaşır – YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünya bazarlarında neftin qiyməti bahalaşıb.

Sfera.az Bloomberg-ə istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,60% bahalaşaraq 45,14 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,82% artaraq 44,11 dollar təşkil edib.

Neftin bahalaşmasına OPEK ölkələrinin neftin hasilatının dondurulması ilə bağlı danışıqların son mərhələsinə başladıqları barədə məlumatlar səbəb olub.

Qeyd edək ki, dünən axşam neftin qiymətlərində 2%-ə yaxın azalma müşahidə edilirdi.

22:22

Dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir.

Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir ki, Brent markalı neftin qiyməti avqustun 11-dən ilk dəfə 44 dollardan aşağı düşüb.

ICE London qitələrarası birjasında Şimal dənizi neft qatışığının yanvar fyuçerslərinin qiyməti bir barelə görə 1,65% ucuzlaşaraq 43,94 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,68 % azalaraq 42,68 dollar təşkil edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR