Dolların bu günə olan məzənnəsi
Kateqoriya məlum deyil
USD/AZN rəsmi məzənnəsi 1,6596 səviyyəsində müəyyən olunub.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bununla da dolların manata qarşı məzənnəsi bu il növbəti dəfə illik maksimumu yeniləyib.
Noyabrın 2-də dolların məzənnəsi martın 11-də (1 dollar 1,6456 manat olub) qeydə alınan maksimumu yeniləyərək 1,6490 manat səviyyəsində qərarlaşıb. Noyabrın 3-də AMB dolların məzənnəsini sabit saxlayıb.






